Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat: 174 ŞÜBHƏLİ SAXLANILDI
VİDEO

 

Türkiyənin Daxili İşlər Nazirliyi “Forex dələduzluğu”na qarşı ölkədə keçirilən əməliyyat zamanı 174 şübhəlinin saxlanıldığını açıqlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə keçirilən əməliyyat çərçivəsində 25 şirkətə bağlı 40 çağrı mərkəzi və maliyyə ofisi müəyyən edilib.

 

Əməliyyat zamanı cinayətdən əldə edildiyi bildirilən 1,5 milyard lirə dəyərində aktivə (şəxsin və ya qurumun sahib olduğu və maddi dəyəri olan əmlak və vəsait), o cümlədən 80 avtomobilə və 12 daşınmaz əmlaka həbs qoyulub. Dələduzluqda istifadə edilən bank, kriptovalyuta və şirkət hesabları da bloklanıb. 

 

Xatırladaq ki, “Forex” müxtəlif ölkələrin valyutalarının alınıb-satıldığı beynəlxalq valyuta bazarıdır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.