Gürcüstanın Baş nazirindən İran açıqlaması:
BU, ABSURD VƏ SƏHV OLARDI

“Gürcüstan İrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmir”.

 

“Teleqraf” xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərlə söhbətində deyib.

 

“İrana qarşı heç bir ikitərəfli sanksiya tətbiq etmirik. Bu, absurd və səhv olardı. Gürcüstan sadəcə mövcud beynəlxalq sanksiyalar rejiminə tam uyğun hərəkət edir”, - o bildirib.

 

Kobaxidzenin sözlərinə görə, ayrı-ayrı dövlətlər və ya beynəlxalq təşkilatlar sanksiyalar tətbiq edərkən, Gürcüstan bu məhdudiyyətləri nəzərə alır və müvafiq qərarlar qəbul edir.

 

Açıqlama ABŞ-ın sentyabrın 8-də İran və Gürcüstan arasında uçuşlar həyata keçirən 27 İran aviaşirkətinə sanksiyalar tətbiq etməsindən sonra verilib. Gürcüstan Mülki Aviasiya Agentliyi bəyan edib ki, Tbilisi mövcud sanksiyalar rejiminə tam uyğun hərəkət edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.