
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçirilən seçkilərdə elektron qaydada səs verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya lideri səsvermədə artıq altıncı dəfə elektron formatdan istifadə edib. Putin səsini Kremldə kabinetindən verib.
Qeyd edək ki, bu gün Rusiyada bütün seçki məntəqələri fəaliyyətə başlayıb. Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın sözlərinə görə, vahid səsvermə günü çərçivəsində seçkilər, təxribat cəhdlərinə baxmayaraq, normal rejimdə başlayıb.
Rusiyada seçkilər üç gün davam edəcək və sentyabrın 18-dən 20-dək keçiriləcək.
Federal seçki dairəsində parlament uğrunda “Vahid Rusiya”, Liberal Demokrat Partiyası (LDPR), Birbaşa Demokratiya Partiyası, “Yaşıllar”, “Ədalətli Rusiya”, “Rodina”, Rusiya Kommunist Partiyası (KPRF), Pensiyaçılar Partiyası, “Rusiya Kommunistləri” və “Yeni insanlar” partiyaları mübarizə aparırlar.