Durov Bakıya niyə gəlmişdi? - EMİN AĞALAROV BƏZİ DETALLARI AÇIQLADI
VİDEO

Azərbaycanlı iş adamı Emin Ağalarov rusiyalı jurnalist Kseniya Sobçakın “Diqqət: Sobçak” layihəsinə müsahibəsində Teleqram-ın yaradıcısı Pavel Durovun Bakıya səfərindən danışıb.

 

Senzor.az bildirir ki, E.Ağalarov Durovun Bakı səfərindən, onunla ünsiyyətindən bəhs edib.

 

Sobçakın “Durov Bakıda neynirdi?” sualına Emin belə cavab verib: “Bildiyim qədərilə Azərbaycanla, Bakı ilə tanış olmaq üçün gəlmişdi, o hətta rayonlarda da olub, hər yeri gəzib. Yeni ərazilərdə, Qarabağda olub, yəni bütün ölkəni gəzib. Bir neçə gün də “Sea Breeze”də qalıb”.

 

Aparıcı qeyd edib ki, hər kəs Durovun Bakıya gəlişini Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə əlaqələndirib.

 

İş adamının fikrincə isə bu tamamilə təsadüf olub...


Pavelin “Sea Breeze”də neçə gün qalması barədə sualını E.Ağalarov belə cavablandırıb: “Məncə, çox qaldı. Amma dəqiq deyə bilməyəcəm. “Sea Breeze” vacib yerdir, Putinin Bakıya səfəri zamanı onun heyətindən olan bir çox rəsmi şəxslər öz istəkləri ilə burada qalıblar”.

 

Ağalarov Teleqram təsisçisinin “Sea Breeze”də qaldığı müddətdə hansı işlə məşğul olduğu sualına da cavab verib: “Dəqiq bilmirəm, onun qrafikini izləmirdim. O, qaldığı müddətdə “Sea Breeze” də az-az olurdum. O, istirahət edib, restorana gedib. Onunla tanış oldum. Əslində, bizim Durovla yollarımız Dubaydakı “Jara” festivalında kəsişib. Dostum Hüseyn Həsənov (bloger) da onunla tanış olub. “Sea Breeze”in sahibi kimi mən tanınmış, uğurlu şəxslər qonağımız olduqda, təbii ki, yaxınlaşıb tanış oluram, təəssüratlarını öyrənirəm. Bizim Durovla çox səmimi görüşümüz keçdi. O, çox intelektual, tərbiyəli insandır. Onunla ümumi mövzuları müzakirə etdik”.


Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlansa da, avqustun 28-də məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.