Almatıdakı iğtişaşlar zamanı cinayətkarlar şəhərin morqlarına yeddi dəfə hücum ediblər və oradan 40-dan çox cəsədi oğurlayıblar. Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu şəhər polis idarəsinin rəisi Kanat Taymerdenov deyib.
“Ölüləri qoyub getmədilər, yaralıları da özləri ilə apardılar. Həmin günlərdə morqlara 7 hücum oldu, tərəfldarlarının 41 meyitini götürdülər”, - deyə o bildirib.
O həmçinin deyib ki, Almatıda iğtişaşlar zamanı 149 mülki şəxs və 11 təhlükəsizlik işçisi həlak olub.
Şəhər prokuroru isə bildirib ki, iğtişaşlardan sonra hüquq-mühafizə orqanları 405 cinayət işi açıb. 249 nəfər məhkəmənin sanksiyası ilə həbs edilib. Onun sözlərinə görə, iğtişaşçılar 1 347 silah oğurlayıblar.