Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir: "Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik".
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Yerli KİV-in yazdığına görə, C. Məmmədli əslən Şəki şəhərindəndir.
Cavidan Məmmədli qəbul imtahanında 600-dən yuxarı bal toplayaraq universitetlərdən birinə qəbul olub. O, iyul ayında hərbi xidmətdən geri dönəcəkmiş. C.Məmmədli bu gün dəfn olunacaq.
