NATO Rusiya sərhədlərinə yaxınlaşır – KREML NƏ İLƏ VƏ NECƏ CAVAB VERƏCƏK?
SİYASİ EKSPERT SAMİR HÜMBƏTOVUN ŞƏRHİ
Başda ABŞ olmaqla, Qərb ölkələrinin Rusiyaya qarşı təzyiqləri daha da artımağı planlaşdırdıqları atdıqları addımlardan aydın şəkildə görünməkdədir. Ukrayna məsələsində tərəflərin ciddi şəkildə bir-birinə qarşı sərt mövqedə dayanması müşahidə edildiyi vaxtda NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen açıqlama verərək bildirib ki, “Finlandiya və İsveç NATO-ya üzvülüklə bağlı müraciət etdikdən bir gün sonra Alyansa qəbul olunar. Bu məsələ Ukraynaya edilən hücumdan sonra müzakirə edilə bilər”. Eyni zamanda keçmiş baş katib sözlərinə onu da əlavə edib ki, “Finlandiya və İsveç üzvlük üçün müraciət edərsə dərhal qərar verə bilərik. Siz ertəsi gün üzv ola biləcəksiniz, çünki bütün lazımi üzvlük meyarlarına cavab verirsiniz”.
 
Senzor.az bildirir ki, bunları son vaxtlar daha da kəskinləşən NATO-Rusiya münasibətlərini şərh edərkən siyasi ekspert Samir Hümbətov deyib.Onun fikrincə, NATO-nun keçmiş baş katibinin belə açıqlama verməsi gözlənilməz deyildi: “Ona görə ki, son zamanlar Avropada, xüsusilə də Skandinaviya ölkələrində Rusiya təhdidi ilə bağlı ciddi narahatlıqlar müşahidə edilməkdədir. Elə bir müddət öncə, yəni yeni ilin ilk günlərindən başlayaraq Finlandiyanın “Yle” telekanalının yaydığı məlumata görə Finlandiyanın baş naziri Sanna Marinin ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı məsələnin gündəmdə olduğunu bildirməsinin özü də təsdüfi deyildi və hətta demək olar ki, proseslərin başlanğıcı kimi də dəyərləndirilə bilər. 
NATO-nun keçmiş baş katibi Rusiyanın NATO-dan Şərqə genişlənməməklə bağlı zəmanət istəməsinə münasibət bildirərək deyib ki, “NATO-nun qapısı açıq olacaq. Və biz istəmirik ki, Rusiya Prezidenti Vladimir Putin qapıçı olsun. Düşünürəm ki, Rusiyanın hücumu Finlandiya və İsveçdə NATO-ya üzvlüklə bağlı müzakirələrə səbəb olacaq. Ona görə də Ukraynaya hücum Putinə baha başa gələcək”. Rasmussenin sözlərindən belə qənaətə gəlmək olar ki, Rusiyanın Ukraynaya hücum planı işə düşərsə, bu addım NATO-nun xeyrinə işləməyə başlayacaq.
 
İki gün öncə isə NATO-nun hazırkı baş katibi təqribən eyni tipli açıqlama verərək bildirdi ki, “İsveç və Finlandiya bir çox aspektlərdə NATO-ya çox yaxındırlar, bu səbəbdən onlar NATO-ya qoşulmaq istəsələr, bu proses çox tez həyata keçirilə bilər. Bunun üçün İsveç və Finlandiyanın siyasi qərarı, habelə NATO-ya üzv 30 ölkənin siyasi qərarı olmalıdır”.
 
NATO baş katibinin belə açıqlama verməsindən o nəticəyə gəlmək olar ki, nəinki Rusiya NATO-dan Şərqə genişlənmə ilə bağlı zəmanət ala bilməyəcək, hətta bəzi dövlətlərin NATO-ya qoşulmasını da müşahidə edəcək”.
 
S.Hümbətov məhz bu deyilənləri nəzərə alaraq hesab edir ki, Rusiya və Qərb ölkələri arasında hansısa danışığın müsbət nəticələnməsi o qədər inandırıcı görünmür: “NATO-nun bu addımlarının arxasında dayanan əsas planlardan biri də Rusiyanı çevrələmək siyasəti dayanır”.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.