Tbilisidə nümayişçilər bu dəfə parlamentin qarşısına TABUTLA GƏLDİLƏR...
FOTO/VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə növbəti 9 dekabr etiraz aksiyası da ənənəvi olaraq saat 19:00-da başlayıb və hələ də davam edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, nümayişçilər bu dəfə parlamentin yanına tabut gətirib, orada onun içinə hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilinin fotosunu qoyaraq Yeni il yolkası önündə yandırıblar.

 

 

Bundan əvvəl isə onlar yolkanın aşağı budaqlarına və ətrafdakı hasara yaralı etiraz iştirakçılarının fotoşəkillərini və “Gənclərin qanı ilə dolu şəhər!”, “Hər tərəf  polisdir, amma heç yerdə ədalət yoxdur!”, “Aİ və ABŞ, günahkarlara və “Gürcü arzusu”na qarşı sanksiyalar tətbiq edin!” və s. şüarlar yazılmış plakatlar  yapışdırıblar.  

Nümayişçilər saxlanılanların sərbəst buraxılmasını və aksiya zamanı  jurnalistlərə, ictimai fəallara xəsarət yetirən təhlükəsizlik qüvvələri əməkdaşlarının cəzalandırılmasını tələb edirlər.

 

Hazırda parlament binasının qaşısında sakitlikdir. Xüsusi təyinatlılar gözə dəymir, üstəlik, polis də əvvəlki mitinqlər zamanı “ən qaynar” yerlərdən biri olan Çiçinadze küçəsini bağlamayıb. Amma Rustaveli prospektindəki Azadlıq meydanına üzərinə su şırnaqları quraşdırılmış maşınlar yerləşdirilib... 

 

Xatırladaq ki, Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası noyabrın 28-də başlayıb. Aksiyaya səbəb Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və cəmiyyətdən bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib.


Senzor.az








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.