Rusiya Ukraynadakı diplomatlarını təxliyə edir
BÖYÜK MÜHARİBƏ BAŞLAYIR?
Rusiya Ukraynadakı diplomatik korpuslarında işləyən əməkdaşlarını bu ölkədən çıxarmağı planlaşdırır.
 
Bu barədə “The New York Times” qəzeti Ukrayna Təhlükəsizlik Xidmətinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
 
Qeyd edilib ki, yanvarın 5-də artıq 18 nəfər ölkəni tərk edib. Onların arasında əsasən rus diplomatlarının uşaqları və həyat yoldaşları olub.
 
Mənbənin məlumatına görə, yaxın vaxtlarda Kiyevdəki səfirliyin və Lvovdakı konsulluğun 30 nəfər əməkdaşının da Ukraynanı tərk edəcəyi gözlənilir.
 
Qəzetin yazdığına görə, bu məlumatı ABŞ-ın bəzi rəsmi nümayəndələri təsdiqləyiblər və Vaşinqtonun gözlənilən evakuasiyadan xəbəri olduğunu bildiriblər.
 
“Rusiya hökumətinin dekabrın sonu və yanvarın əvvəlində diplomatların ailə üzvlərini Ukraynadakı səfirlikdən təxliyə etməyə hazırlaşdığına dair məlumatımız var idi”, - açıqlamada deyilir.
 
Daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya-Ukrayna sərhədində vəziyyətin son dərəcə gərgin olaraq qaldığını bildirib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.