Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox ağıllı və güclü adamdır.
Senzor.az bildirir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp noyabr seçkisindəki qalibiyyətindən sonra Floridadakı Mar-a-Laqo malikanəsində keçirdiyi ilk mətbuat konfransında deyib.
O, Ərdoğanla münasibətlərinin yaxşı olduğunu bildirib.
Siyasətçi, həmçinin Türkiyənin çox güclü ordu qurduğunu diqqətə çatdırıb.
Tramp onu da xüsusi vurğulayıb ki, Suriyada prezident Bəşər Əsəd hökumətinin devrilməsinin arxasında məhz Türkiyə dayanır: “Heç kim Suriyada qarşı tərəfi - yeni hökuməti kimin dəstəklədiyini bilmir, amma mən bilirəm. Bu, Türkiyədir. Aydındır? Bunun arxasında Türkiyə dayanır...”.