Qafan-Gorus yolunda son vəziyyət: ERMƏNİLƏR TƏLAŞ İÇƏRİSİNDƏDİRLƏR
 

Ermənistanın Qafan rayonundan Gorusa gedən yol erməni polisi tərəfindən bağlanıb.
 
Ovqat.com xəbər verir ki, bunu Ermənistan Sərhəd Qoşunları Komandanının müavini Armen Mkrtçyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində  bildirib.
 
Azərbaycan Ordusunun Karmrakar-Şurnux beynəlxalq magistralı üzərində öz suverenlik hüququndan doğan nəzarəti bərpa etməsindən sonra yaranan vəziyyəti şərh edən Mkrtçyan bildirib ki, Ermənistan hakimiyyəti ölkənin şimalından cənubuna gedən alternativ yolları işə salıb: “Nəqliyyat vasitələri Tatev vasitəsilə, eləcə də Sisyan üzərindən dolama yollarla mənzillərinə istiqamətləndirilirlər”.
 
 
O, həmçinin bildirib ki, Azərbaycan hərbçiləri Gorus-Qafan younun cəmi 5-6 km-də fəaliyyəti dayandırıb və ərazidə blokada şəraitində qalan nəqliyyat vasitələri, o cümlədən həm Ermənistan, həm də xarici nömrə ilə yük, sərnişin maşınları, evakuasiya edilib, vətəndaşlarla bağlı heç bir problem yoxdur.
 
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti avqustun 25-də, saat təxminən 23-də Qafan-Gorus beynəlxalq yolunun Karmrakar-Şurnux hissəsinin Azərbaycan tərəfindən bloklandığını bildirmişdi. Ardınca Ermənistan ombudsmanı Arman Tatoyan Azərbaycan hərbçilərinin Qorusdan – Qafana gedən yolun Vorotan kəndi yaxınlığındakı hissəsini də bağladığını iddia etmişdi. Xəritədən də gördüyümüz kimi, bağlandığı iddia olunan yol İrandan Laçın koridoruna uzanan magistral üzərindədir və cənub qonşumuzdan Qarabağa məhz bu nəqliyyat xətti ilə silah-sursat, yanacaq daşınır. Azərbaycanın bütün şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq, İran bu əməllərini nəinki dayandırmaq istəmir, hətta XİN-in verdiyi notaya belə, diplomatik sənəd kimi məhəl qoymadığına eyham vurmuşdu. Görünür, İran və Rusiyanın mehriban qonşuluq siyasətilə uzlaşmayan bu hərəkətləri Azərbaycan Ordusunu məcburi bəzi addımlar atmağa vadar edib. 
  Ermənistan təhlükəsizlik idarəsinin yüksək çinli rəsmisinin sözlərindən belə anlaşılır ki, Ordumuzun son əməliyyatı zamanı blokadaya düşən nəqliyyat vasitələri arasında xarici nömrəli yük maşınları da olub. Xarici dövlət deyiləndə kimin nəzərdə tutulduğu tam bəlli olmasa da, söhbətin İrandan getdiyi aydındır. Nədən ki, yolun həmin hissəsi İranla Laçın dəhlizi arasındadır. Qafan rayonunun bələdiyyə sədrinin iddiasına görə, bu yol faktiki Ermənistandan İrana gedən yeganə magistral xəttidir və onun bağlanması iki dövlət arasındakı nəqliyyat əlaqələrini tamamilə dayandıra bilər.

 Şəkildə: İrandan Qarabağa gedən yük maşınları və avtobuslar Gorus-Qafan yolunun açılmasını gözləyirlər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.