İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Salaminin iştirakı ilə iranlı mütəxəssislər tərəfindən hazırlanmış təkmil raket sistemi təqdim olunub.
“Mehr” agentliyi İsrailə qarşı “Əsl vəd 1” və “Əsl vəd 2” əməliyyatlarının bir hissəsinin bu yeraltı raket bazasından istifadə edilərək həyata keçirildiyini yazıb.
“Tezliklə yeraltı raket və pilotsuz uçuş aparatları kompleksləri də açılacaq və siz İranın qüdrətinin görünməmiş nəhəngliyini və dərinliyini görəcəksiniz”, - general-mayor Salami bildirib.
Daha ətraflı bu linkdəki (https://www.youtube.com/watch?v=dQl70aLkR7M) videoda: