ABŞ Dövlət katibi: "BAYDENİN KİYEV SİYASƏTİ UKRAYNANI 100 İL GERİ SALDI"

"Co Bayden administrasiyasının Rusiya ilə münaqişədə Ukraynaya maliyyə dəstəyi səhv hesablanmış addım olub".

 

"İnterfaks"ın verdiyi məlumata görə, ABŞ Dövlət Katibi Marko Rubio bunu amerikalı jurnalist Meqin Kelliyə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, demokratlar indi başa düşürlər ki, bu "dalana dirənən" maliyyələşmədir, hətta bəlkə də dalana düşməkdən daha pisdir.

 

Rubio izah edib ki, əvvəlki administrasiya insanları hansı yollasa Ukraynanın nəinki qalib gələcəyinə, həm də Rusiyanı məhv edə biləcəyinə inandırıb.

 

"Lakin nəticədə Ukrayna 100 il geriyə düşdü, energetikası məhv oldu, bir çox ukraynalı başqa ölkələrə köçdü və bəlkə də heç vaxt geri qayıtmayacaq. Bu isə ölkənin gələcəyini təhlükə altına alır", - deyə o bildirib.

 

Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, hazırkı ABŞ Prezidenti Donald Trampın fikrincə, bu uzanmış münaqişəni başa çatdırmaq lazımdır.

 

"Danışıqlar aparılmalıdır və müzakirələrdə münaqişənin hər iki tərəfi nələrdənsə imtina etməlidir", - deyə Rubio bildirib.

 

O əlavə edib ki, buna yalnız Prezident Trampın rəhbərliyi altında ABŞ nail ola bilər və o, bunu etməyə qərarlıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.