AZAL təyyarəsinin qəzası: Həqiqətin əsl üzü və... "BAZA" "TELEGRAM" KANALININ TƏXRİBATI
VİDEO

Rusiya silahlı qüvvələrinə yaxın olan "Baza" "Telegram" kanalı 25 dekabr 2024-cü ildə AZAL-a məxsus "Embraer" təyyarəsinin qəzası zamanı pilotlar kabinəsində baş verən danışıqların tam transkriptini dərc edib.

 

Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.

 

Qeyd olunur ki, bu transkriptin mətni qədər, qəzanın Rusiya mətbuatında işıqlandırılması kontekstində kanalın özünün şərhi də maraq doğurur. Bu şərh o qədər iküzlüdür ki, onun əsaslandırdığı tezisləri təkzib etmək üçün transkripti oxumağa belə ehtiyac yoxdur - saxtakarlıq o qədər aşkardır.

 

Şərhin ilk cümləsində bildirilir ki, pilotlar kabinəsində Qroznıya enməzdən əvvəl panika olub. Halbuki mətni oxuduqdan sonra belə nəticəyə gəlirik ki, Qroznıya enməyə cəhd edərkən təyyarənin kabinəsində panikaya yaxın heç nə müşahidə edilmir. Bəli, təəccüb, emosiyalar və həyəcan var, bu da təyyarənin həyati sistemlərinin sıradan çıxması ilə bağlıdır və qaçılmazdır, amma panika yoxdur.

 

Belə bir məlumatın təqdimatı qəzanın məsuliyyətini ekipajın üzərinə yıxmaq cəhdi kimi görünür, eyni zamanda, diqqəti xarici amillərdən yayındırır. Bu, xüsusilə "Baza" kanalının Rusiya silahlı qüvvələrinə yaxınlığı nəzərə alınaraq, ictimai rəyi manipulyasiya etmək cəhdi kimi qiymətləndirilə bilər.

 

Daha ətraflı "Caliber"in yeni süjetində:

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.