İLYAS İSMAYILOV DƏFN OLUNDU
YENİLƏNİB, FOTO

Ədalət Partiyasının sədri İlyas İsmayılov dəfn olunub.

 

Senzor.az bildirir ki, Heydər məscidində keçirilən vida mərasimindən sonra mərhum Nardaran qəbiristanlığında – oğlu Etimad İsmayılovun yanında torpağa tapşırılıb.

 

Dəfndə mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 



**10:42


Ötən gün vəfat edən keçmiş baş prokuror və ədliyyə naziri İlyas İsmayılovla vida mərasimi keçirilir.

 

Heydər Məscidində təşkil edilən mərasimdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

 

Mərhum vida mərasimindən sonra Nardaran qəbiristanlığında dəfn ediləcək.







**14:34(17.02.2025)


Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, Ədalət Partiyasının sədri İlyas İsmayılov vəfat edib.

 

Mərhumun yaxınlarının Senzor.az-a verdiyi məlumata görə, o, bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

 

Xəstəxanadan isə bildirilib ki, İlyas İsmayılov multiorqan çatışmazlığı səbəbilə dünyasını dəyişib.

 

Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

 

İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasının sədri idi.

 

Partiyadan verilən məlumata görə, İlyas İsmayılovla vida mərasimi fevralın 18-də saat 10-dan 11.30-dək Heydər məscidində olacaq. O, vəsiyyətinə uyğun olaraq Nardaran qəbiristanlığında, oğlu Etimadın yanında dəfn ediləcək.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.