REAL TV-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfərini əks etdirən kadrlara baxıram. Meyarı dəyişərək zamanı məkanla ölçməyə cəhd edirəm: uşaq bağçasından Əsgəran qalasınadək!
Riyazi olaraq dörd il üç ay, mənəvi baxımdan 100 ildən artıq! Çox yüksəkdir! Dəniz səviyyəsi ilə deyil, Ruh yüksəkliyi ilə ölçülə bilən yüksəklik. Pənahəli xanın yıxılmış Qarabağının yerində İlham Əliyevin ucaltdığı Qarabağ! Daş-daş, kərpic-kərpic ucaltdığı Qarabağ!
Ağdamdan-bu nöqtədən milli vüqarımız nə qədər uca, bu günlərlə barışa bilməyən dövlətlərlə bərabər onların qucağında oturub üzü Azərbaycana ulaşan Sevinc Osmanqızı, Tural Sadıqlı, Qənimət Zahid, Əli Kərimli, Rəhim Qazıyev, Leyla-Arif Yunus, Arif Şahmarlı, Məhəmməd Mirzəli və s. kimi tullantılar, xarici xüsusi xidmət orqanlarının ov ardınca qovduqları TULAntılar isə nə qədər alçaq görünür! Onların Azərbaycana qarşı etdikləri vətənlərinin, analarının süd vəzilərini xəncərlə oymağa bərabərdir.
“Tariximizin mübarək yerindən özünü məhrum edən, vətənə sədaqəti vətənə xəyanətə çoxdan dəyişmiş haramzadalar axı niyə cəzalarına çatmır?” deyə düşünürəm. Amma o saat da sualıma özüm cavab tapıram ki, bu xainlərin, milli satqınların bəlkə də ən böyük cəzası məhz belə olmalıdır: məsələn, əzəmətli Əsgəran qalasının necə bərpa edildiyini görmək! Azad edilmiş ərazilərimizin bu gününü onlara göstərmək! Torpaqlarımızın işğaldan azad edilməsi elə onların azadlıqdan məhrum edilməsidir ki var!
p.s. Eyni gündə Arayik Harutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və s. müttəhimlər Azərbaycan qanununun ayağına qalxmışdılar: Məhkəmə gəlir!-çağırışı ilə!