Əvvəlcədən anons etdiyimiz kimi, Gürcüstan Prezidenti Mixail Kavelaşvili REAL TV-nin rəhbəri, Azərbaycanın Əməkdar jurnalisti Mir Şahin Ağayevin müəllifi və aparıcısı olduğu populyar “Mir Şahinin vaxtı” proqramına geniş müsahibə verib.
Senzor.az bildirir ki, müsahibədə son aylar Gürcüstanda yaşanan hadisələr, Cənubi Qafqazda təşkil edilən məqsədli və məkrli qarşıdurmalar, onların müəllifləri və sifarişçiləri, hazırkı vəziyyət, o cümlədən Avropa Birliyi-Gürcüstan, Gürcüstan-ABŞ münasibətləri və s. kimi maraqlı mövzulara toxunulub.
Gürcüstan Prezidenti Azərbaycan və onun nümunəvi lideri hesab etdiyi İlham Əliyev haqqında da danışıb: “Azərbaycana və İlham Əliyevə uğurlar arzu edirəm. Hesab edirəm ki, ilk səfərim Azərbaycana ola bilər. Azərbaycanla dostluqdan bəhs etdik. Ona görə də ilk səfərim Azərbaycana olmalıdır. Bu səfəri səbirsizliklə gözləyirəm”.
**11:54
Bayden-Blinken “demokratiyasının” Cənubi Qafqazda iflası: Gürcüstanda kim “sındı”?
Salome Zurabişvili indi “kimdir”?
Başqa mövzular da var: məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin regionun beynəlxalq həyatında xüsusi rolu.
Bir sözlə, Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilinin Azərbaycanın tanınmış jurnalisti, Real Təhlil İnformasiya Mərkəzinin rəhbəri Mir Şahinə eksklüziv müsahibəsində dinamik, qızğın, həm də soyuqqanlı söhbət olacaq!
Senzor.az xatırladır ki, müsahibə fevralın 21-i axşam saatlarında REAL TV-də yayımlanacaq.
Mütləq baxın...