Yəqin xatırlayırsınız, fevralın 23-də Azərbaycanın tanınmış araşdırmaçı jurnalisti, rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayevin Rusiya ilə həmsərhəd, rus qoşunlarının müntəzəm bombardmanlarına məruz qalan Prudyanka, Lobanovka və Tsupovka kəndlərindən hazırladığı videoreportajı təqdim etmişdik (https://senzor.az/bas-yazi/47499-rusiya-qosunlari-ukrayna-kendlerini-yerle-yeksan-edir-.html).
Sonradan məlum olub ki, jurnalist kəndi tərk etməyə macal tapmamış ruslar Tsupovkanı KAB-larla (idarə olunan hava bombaları) sözün əsl mənasında yer üzündən siliblər.
Senzor.az Haqqin.az-a istinadən bununla bağlı kənd muxtarı Yevgeni Myaçikovun videomüraciətini diqqətinizə çatdırır...