Kabildə Türkiyə ilə “Taliban” arasında 3,5 saatlıq danışıqlar olub ƏRDOĞAN BƏZİ DETALLARI AÇIQLADI


Türkiyə ilə “Taliban” hərəkatı arasında danışıqlar aparılıb.
 
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
 
Onun sözlərinə görə, “Taliban”la danışıqlar Türkiyənin Kabildəki səfirliyində baş tutub və 3,5 saat davam edib.
 
“Bizim kiminlə, harada və nə zaman danışıqlar aparmaq üçün kimsədən icazə almaq kimi bir öhdəliyimiz yoxdur. Hazırda Əfqanıstanda ciddi idarəçilik boşluğu var. Lazım gələrsə, danışıqlar apararıq. “Taliban”la Kabildəki səfirliyimizdə 3,5 saat davam edən danışıqlar aparılıb. Eyni zamanda, “Taliban”ın bizə Kabil hava limanı ilə bağlı təklifləri var. Bu məsələdə hələlik qəbul edilmiş bir qərar yoxdur”, - deyə Türkiyə dövlət başçısı vurğulayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.