Moskva polisi Rusiya Erməniləri İttifaqının binasına girdi və... NJDE HAQDA FİLMİN NÜMAYİŞİ DAYANDIRILDI
FOTO/VİDEO

Rusiya Erməniləri İttifaqı faşizm ideyalarının təbliğatçısı olmuş Qaregin Njde haqqında filmi nümayiş etdirə bilməyib. Daha dəqiq desək, filmin təqdimatına həsr olunmuş tədbirin başlamağı ilə bitməyi bir olub.

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Moskva polisi filmin nümayişini təşkil etməyə cəhd edən Rusiya Erməniləri İttifaqının binasına daxil olub və tədbir dayandırılıb. Polis nümayəndələri 354.1-ci (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və oraya toplaşan insanları dağıdıblar. 

Qeyd edək ki, Rusiya Erməniləri İttifaqı bir müddət əvvəl Ermənistan ordusunun 30 illiyi münasibətilə vaxtilə SSRİ-yə qarşı vuruşaraq Hitlerə xidmət etmiş erməni milli xadimi Qaregin Njde haqqında filmin nümayiş etdiriləcəyini və tədbirin bu gün Mockvada keçiriləcəyini elan etmişdi. 
 
Onu da xatırladaq ki, Rusiya veteranları Rusiya Erməniləri İttifaqının faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusu gününü qeyd etmək təşəbbüsünə qarşı çıxıblar.


Moskva KİV-lərinin yazdığına göğrə, Rusiya Erməniləri İttifaqı nasizmin reabilitasiyasına görə hətta hüquqi məsuliyyətə cəlb oluna bilər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.