Baydenə sui-qəsd hədəsi – MƏXFİ XİDMƏT SİLAHLI ŞƏXSİ HƏBS ETDİ
ABŞ-ın Kanzas ştatının sakini Prezident Co Baydeni sui-qəsdlə hədələyib. O, artıq hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. 
 
Bu barədə "Daily Beast" məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
 
Nəşr yazır ki, saxlanılan Skott Merriman adlı Amerika vətəndaşı olub. Merriman deyirmiş ki, guya Tanrı ona Vaşinqtona getməyi və “millətin ürəyindəki ilanın başını kəsməyi” əmr edib.
 
 
“New York Post” qəzeti isə yazır ki, Kanzas polisi bununla bağlı əvvəllər Məxfi Xidmətə məlumat ötürübmüş. Məlumatda deyilib ki, Merriman onlara zəng edərək “Prezidenti görmək” üçün Vaşinqtona yollanacağını bəyan edib. O, hüquq-mühafizə orqanlarının nümayəndələrinə Baydenə insanların "ölkədəki parçalanmadan bezdiyini və Allaha müraciət etməsini" söyləmək üçün Ağ Evə getdiyini deyib. Merriman həmçinin Facebook səhifəsində də hədələyici paylaşımlar edibmiş.
 
Məxfi Xidmət əməkdaşları çərşənbə günü Merrimanı avtomobillə Kanzasdan Merilend ştatına gedərkən restoranın dayanacağında saxlayıblar.
Onda silah və hədəfləri müşahidə etmək üçün optik cihaz aşkar edilib.
“New York Post”un məlumatına görə, cümə günü Merrimana qarşı cinayət işi açılıb.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.