Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 268 yeni yoluxma faktı qeydə alınıb, 1 486 nəfər müalicə olunaraq sağalıb.Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 651 341 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 622 672 nəfər müalicə olunaraq sağalıb, 8 700 nəfər vəfat edib, aktiv xəstələrin sayı 19 969 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 091, bu günə qədər isə ümumilikdə 6 134 952 test icra olunub.