Tokayev Qazaxıstandakı son hadisələrdən və Nazarbayevdən danışdı
“ARAMIZDA HEÇ BİR SÖVDƏLƏŞMƏ OLMAYIB”
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev birinci dövlət başçısı Nursultan Nazarbayevlə iğtişaşlar dövründə hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsinə dair heç bir sövdələşmənin olmadığını bildirib.
 
Senzor.az bildirir ki, bunu Kasım-Jomart Tokayev şənbə günü “Xabar 24” telekanalında yayımlanan müsahibəsində deyib.
 
“Yox, təbii ki, heç bir sövdələşmə olmayıb. Eləcə də şəxsi imtiyazlar barədə söhbət olmayıb. Təkcə o söhbət olub ki, Təhlükəsizlik Şurası sədrinin statusunu təcili həll etmək lazımdır. Gizlətməyəcəyəm, mən məsələni belə qoydum ki, millətə dərhal müraciət edərək bu andan etibarən Təhlükəsizlik Şurası sədrinin özüm olduğumu bildirəcəyəm”, - Qazaxıstan Prezidenti müsahibəsində belə deyib.
 
Kasım-Jomart Tokayevin sözlərinə görə, bu məsələ bir göz qırpımında həll olunub: “Yanvarın 28-də “Nur Otan” partiyasının qurultayı keçirildi, mən orada çıxış etdim və Nursultan Abişeviç Nazarbayevin tarixi roluna qiymət verdim. Hesab edirəm, bu qiymət obyektivdir, ümidvaram ki, məhz bu qiymət əsasında insanlar gələcəyə istiqamətlənəcək”.
 
Prezident Kasım-Jomart Tokayev müsahibəsində əsasən insanları narahat edən məsələlər, faciəvi yanvar hadisələrinin səbəb və nəticələri, ölkədə həyata keçirilən islahatlar barədə sualları cavablandırıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.