Qardaş Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılov polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
"O, ilkin izahatında əməlini etiraf edib. Müvafiq araşdırmalar davam etdirilir", - DİN rəsmisi əlavə edib.
Qeyd edək ki, adıçəkilən şəxs Bakıda metronun “Qara Qarayev” metro stansiyası yaxınlığında əlindəki bıçaqla Türkiyə bayrağının ipini kəsərək dövlət rəmzini yerə salmışdı.
Onu da xatırladaq ki, Fuad İsmayılov son parlament seçkisi zamanı Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara yazı yazmasına görə də saxlanılmışdı.
ad İsmayılov son parlament seçkisi zamanı Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara yazı yazmasına görə də saxlanılmışdı.