Tağı Əhmədov əlil arabasında gəzir - “BİR HƏKİM YOXDUR Kİ, MƏNİ SAĞALDA...”
Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti pisləşib.
 
Senzor.az
-ın məlumatına görə, bu gün əvvəlcə yenisabah.az xəbər yayıb ki, yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkən keçmiş rəis hazırda ciddi həkim nəzarətindədir.
 
Tağı Əhmədovun ayaqlarının tutulduğu, hərəkət imkanının məhdudlaşdığı bildirilib.
 
Qohumlarından birinin dediyinə görə, sabiq məmur ötən gün “Ömür” klinikasında müayinədən keçib.
 
Klinikaya əlil arabasında gələn Əhmədovu bir neçə yaxın qohumu müşayiət edib.
 
T.Əhmədovun müayinədən sonra evinə getdiyi və özünü ətrafdan tamamilə təcrid etdiyi bildirilir.
 
Qeyd edək ki, sözügedən klinika T.Əhmədovun özünə məxsusdur.
 
Ayaqlarının həqiqətən tutulduğunu və səhhətinin pis olduğunu sonradan “Qaynarinfo”ya açıqlamasında Tağı Əhmədov özü də etiraf edib: “İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu “Miyelit”dir (onurğa-beyin iltihabı)”.
 
Tağı Əhmədov onu da vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb: “Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdi”.
 
Senzor.az xatırladır ki, bu gün Tağı Əhmədovun ad günüdür. O, 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.