Xəbər verdiyimiz kimi, fevralın 2-də Bakıda Gənclər Forumu keçirilib.Senzor.az xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyev Forumda iştirak və çıxış edib. Forumda dövlət başçısı gənclərin suallarını da cavablandırıb.
Ölkə rəhbərinə müraciət ünvanlayanlar arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızı, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Aybəniz Həşimova da olub.
Prezident İ.Əliyevin A.Həşimova ilə söhbətini təqdim edirik: