
ABŞ xüsusi xidmət orqanlarının koronavirus barədə hazırladıqları hesabatın bəzi detalları açıqlanıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, müxtəlif qurumların təmsilçiləri tərəfindən hazırlanın yekun sənəddə virusun bioloji silah kimi yaradılmadığı bildirilib.
"ABŞ-ın kəşfiyyat orqanı bir sıra məsələlər üzrə əsas razılığa nail ola bildi: biz hesab edirik ki, virus (COVID-19) bioloji silah kimi hazırlanmayıb”, - ABŞ-ın milli kəşfiyyat direktorunun ofisinin saytında dərc edilmiş məruzədə vurğulanıb.
Hesabatda, həmçinin bəzi kəşfiyyat idarələrinin bu mövqe ilə razılaşmadığı da qeyd edilib.
Bununla yanaşı, sənəddə Çin hökumətinin kütləvi yoluxmayadək virusdan xəbərsiz olduğu xüsusi qabardılıb.
Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.