Gəncədə Prezidentin səfərindən əvvəl əkilən ağaclar sonradan niyə çıxarıldı? - RƏSMİ AÇIQLAMA
VİDEO
Gəncə şəhərində bir neçə gün öncə yol kənarında əkilən həmişəyaşıl ağacların çıxarılması ilə bağlı görüntülər yayılıb. İddia olunur ki, həmin ağaclar Prezident İlham Əliyevin Gəncəyə etdiyi sonuncu səfərlə bağlı öncədən əkilib, daha sonra isə çıxarılıb.
 
Senzor.az xatırladır ki, Gəncə sakinlərinin sosial şəbəkələrdə paylaşdıqları həmin görüntülər böyük müzakirələrə səbəb olub.
 
Gəncə Şəhər İcra Hakimiyyətindən isə KİV-in sorğusuna cavab olaraq bildiriblər ki, ağacların əkilməsi və indi çıxarılması səfərlə bağlı deyil: “Həmin ağaclar bir neçə gün əvvəl əkilib. Sonra mütəxəssislər baxış keçirdilər və qərar verdilər ki, o ağaclar burada əmələ gəlməyəcək. Orada torpaq səthinin altının daşlıq olduğu məlum oldu. Əvvəl hesab edirdilər ki, bəlkə tutar. Amma üstü torpaq olsa da, alt hissə daş olduğuna görə ağacların quruya biləcəyinə qərar verildi.
 
Buna görə mütəxəssislərin nəzarəti altında ağaclar başqa əraziyə köçürülüb. Hazırda ağacların yerində qazon döşənir və gül-çiçək əkiləcək. Axşama kimi həmin işlər yekunlaşacaq.
 
Bu məsələnin cənab Prezidentin səfəri ilə heç bir əlaqəsi yoxdur. Sadəcə səfər ərəfəsinə təsadüf edib. Bu işlər şəhərdə bir neçə aydır onsuz da aparılırdı”.

Qeyd edək ki, Prezident İlham Əliyev Gəncə şəhərinə yanvarın 30-da səfər etmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.