Azərbaycanda bu gün koronavirus infeksiyasına 6 113 yeni yoluxma faktı qeydə alınıb, 3 267 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadəın bildirir ki, son sutkada 18 nəfər COVID-19-dan dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 676 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 633 994 nəfər müalicə olunaraq sağalıb, 8 797 nəfər vəfat edib, aktiv xəstə sayı 33 635 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 272, bu günə qədər isə ümumilikdə 6 208 402 test icra olunub.