Masallıda itkin düşdüyü deyilən şəxs qətlə yetirilibmiş...
QARDAŞI TUTULDU
Masallıda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub, qardaşı tutulub.
 
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, yanvarın 5-də Masallı rayon Ərkivan qəsəbə kənd sakini, 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin 2 gün əvvəl itkin düşməsi barədə qardaşı İlqar Cəbiyevin müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində törədilən gizli cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Qalib Cəbiyevin rayon ərazisində qəsdən öldürülməsi müəyyən edilib.
 
Araşdırmalarla Qalib Cəbiyevin yanvarın 3-də, gecə saatlarında aralarında yaranan mübahisə zamanı qardaşı, 1983-cü il təvəllüdlü Seyfulla Cəbiyev tərəfindən qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti birgə yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
 
Prokurorluq və polis əməkdaşları tərəfindən Seyfulla Cəbiyevin iştirakı ilə hadisə yerinə baxış keçirilib, meyit gizlədilmək məqsədi ilə basdırıldığı yerdən çıxarılaraq məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilib.
 
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Seyfulla Cəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.