Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sağlamlıq durumu ilə bağlı "Twitter"də yeni paylaşım edib.Senzor.az bildirir ki, paylaşımda deyilir: “Bu səhər həkimimiz rutin müayinəmizi həyata keçirdi. Şükürlər olsun ki, hər hansı mənfi hal yoxdur. Bu gün də xəstəliyi yüngül keçirir və Əminə xanımla işimizi evdən davam etdiririk".
Qeyd edək ki, ötən gün Türkiyə lideri və xanımı Əminə Ərdoğan koronavirusa yoluxub. Onların COVID-19 testinin nəticəsi müsbət çıxıb.