REAL TV-nin rəhbəri Mir Şahin Ağayev deputat Cavanşir Feyziyevlə jurnalistlərin son dərəcə gərgin xarakter alan qarşıdurmasından danışıb.Senzor.az bildirir ki, "Mir Şahinin vaxtı" layihəsində bir millət vəkili ilə media arasında əməlli-başlı müharibə getdiyini xatırladan məşhur jurnalist deyib: “Kimin haqlı, kimin haqsız olmasını bir kənara qoyuram. Nə olursa-olsun, millət vəkili ölkənin birdən-birə bu qədər media subyektinə savaş elan etməməlidir. Özünə qarşı açıq müharibəyə təhrik etməməlidir.
Burda məni narahat edən işin başqa tərəfidir: Səməd Seyidov, Elxan Süleymanlı… indi də Cavanşir Feyziyev... Azərbaycanın beynəlxalq arenada fəal oyunçuları niyə belə cəzalandırılırlar? Zərbə Azərbaycan dövlətinə dəyir axı?! Orda da, burda da: “Qardian” yazanda da, “Bizim yol” yazanda da...
Təcrübəli, yaşlı bir jurnalist kimi hörmətli Cavanşir müəllimə müraciət edirəm ki, üzr istəsin və yazdığı məqaləni dərhal silsin. Həmkarlarımdan, mediadan isə daha təmkinli olmağı rica edirəm.
Əlbəttə, Cavanşir müəllimi anlayıram. Ola bilsin ki, əsəbləri davam gətirməyib, hirsini cilovlaya bilməyib. Amma məncə, vəziyyətdən çıxış yolu hələ ki var. Millət vəkili Azərbaycan mediasını özünə qarşı deyil, onun biznesini itkilərə hədəf edən xarici qurum və qüvvələrə qarşı birləşdirməlidir. Cavanşir Feyziyev də, yerli media da Britaniyada bir azərbaycanlı millət vəkilini, onun simasında Azərbaycanın adını qorumaqda maraqlı olmalıdırlar. Daha Cavanşir Feyziyevi darmadağın etməklə yox.
Və hörmətli millət vəkili də bundan ötrü ilk addımı özü atmalıdır. Səmimiyyətimə inanın ki, cavab adekvat deyil!”.
Verilişdən həmin hissəni təqdim edirik: