Cavanşir Feyziyev Mətbuat Şurasından istefa verdi
RƏSMİ
Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verib.
 
Senzor.az bildirir ki, o, bununla bağlı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət ünvanlayıb.

C.Feyziyev qeyd edib ki, bir neçə gün öncə “feysbuk” səhifəsində yazdığı statusla hər hansı ziddiyyət yaratmaq məqsədi güdməyib: "Sadəcə barəmdə gedən mənfi yüklü materialların şəxsimə təsirini əyani şəkildə hiss etdirmək istəmişəm. Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm. Vəziyyətin belə bir şəkil alması, həmçinin işimin çoxluğu mənim Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyümdən istefa verməyimi zəruri edir və mən sizdən istefamın qəbul olunmasını xahiş edirəm. Azərbaycan Mətbuat Şurasına ölkədə medianın inkişafı naminə fəaliyyətində böyük uğurlar arzulayıram".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.