Məhkəmə Rasim Məmmədovla bağlı həbs qərar verdi
VİDEO
Fevralın 3-də Sumqayıt şəhərində saxlanılan Rasim Məmmədov barəsində məhkəmə qərar verib.
 
“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən saxlanılan Rasim Məmmədov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edilib. İstintaq onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə təqdimat verib.
 
Məhkəmə istintaqın təqdimatını təmin edərək Rasim Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
 
Hazırda cinayət işinin istintaqı davam etdirilir.
 
İttihama görə, Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyərək çölə çıxmasını tələb edib. R. Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.
 
Qeyd edək ki, Rasim Məmmədov özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.