Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 032 yeni yoluxma faktı qeydə alınıb, 5 285 nəfər müalicə olunaraq sağalıb.Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 710 366 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 653 797 nəfər müalicə olunaraq sağalıb, 8 920 nəfər vəfat edib, aktiv xəstə sayı 47 649 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 889, bu günə qədər isə ümumilikdə 6 296 788 test icra olunub.