Ramiz Mehdiyevi niyə silahlı şəxslər müşayiət edir?
AMEA-dan AÇIQLAMA
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun qurumun prezidenti Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə gəlməsi və onun üçün Rəyasət Heyətinin yerləşdiyi tarixi binada özəl lift quraşdırması ilə bağlı fikirlərinə münasibət bildirib.
 
AMEA Rəyasət Heyətinin Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, binada lift Ramiz Mehdiyev prezident seçilməzdən əvvəl quraşdırılıb.
 
AMEA prezidentinin silahlı şəxslər tərəfindən mühafizə olunmasına gəlincə, bildirilib ki, mühafizə dövlət tərəfindən ayrılıb: "Yəni, o, özü üçün xüsusi mühafizə xidməti saxlamır".
 
Məlumat üçün bildirək ki, Misir Mərdanovun mətbuatda dərc olunan məqaləsində o, Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəldiyini iddia edib. O, həmçinin bu səbəbdən heç kəsin ona yaxınlaşıb dərdini demək şansının olmadığını əlavə edib. Eyni zamanda bütün memarlıq dəyərlərini, texniki imkanlarını, yükgötürmə məhdudluğunu qulaqardına vuraraq binanın daxili konstuksiyasına kobud müdaxilə edildiyini, üçüncü mərtəbəyə qalxa bilməyən AMEA prezidenti üçün xüsusi lift quraşdırıldığını vurğulayıb.
 
Qeyd edək ki, Ramiz Mehdiyev 2019-cu ildən AMEA-nın prezidentidir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.