Rusiya da diplomatlarını Ukraynadan çıxarır? - MOSKVA TƏKZİB EDİR
YENİLƏNİB
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə diplomatlarının Ukraynadan təxliyəsi barədə məlumatları “şayiə” adlandırıb.
 
Senzor.az bildirir ki, bir sıra KİV-də Rusiyanın Kiyevdəki səfirliyinin əməkdaşlarına ölkəni tərk etmək barədə tapşırıq verildiyi iddia olunur. M.Zaxarova isə bu məlumatları “şayiə” adlandırıb.
 
Eyni zamanda, o, Rusiya Federasiyasının Ukraynada diplomatik nümayəndəliklərinin ştatının optimallaşdırılmasına qərar verildiyini vurğulayıb. Buna baxmayaraq, Rusiyanın Ukraynadakı səfirliyi və konsulluqları fəaliyyətlərini davam etdirirlər.
 
**12:56

Rusiya diplomatik missiyasının əməkdaşları Ukraynanı tərk edirlər.
 
Bu barədə “RİA Novosti”yə proseslərin gedişindən xəbəri olan mənbə məlumat verib.
 
“Yerli vətəndaşların ifadələrinə əsasən, Ukraynadakı rusiyalı diplomatlar və konsulluq əməkdaşları Rusiyaya getməyə başlayıblar. Bunu xüsusilə konsulluqlar və səfirliklərlə görüş zamanı yaranan çətinliklər sübut edir”, - deyə o vurğulayıb.
 
Agentliyin həmsöhbətinin sözlərinə görə, bəzi Qərb ölkələrinin rəsmən elan etdiyi təxliyə fonunda bu, “Moskvanın da eyni yolla getməyə qərar verdiyini deməyə əsas verir”.
 
“Yeri gəlmişkən, Sergey Lavrov Böyük Britaniyanın xarici işlər naziri Elizabet Trussla danışıqlardan sonra keçirilən mətbuat konfransında belə bir ssenarinin mümkünlüyünə eyham vurmuşdu”, - deyə o xatırladıb.
 
Qeyd edək ki, artıq bir neçə gündür Avropa ölkələrinin rəsmi nümayəndələri vətəndaşlarını Ukraynanı tərk etməyə çağırırlar.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.