Tokio-2020: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı YENİLƏNİB

Qadın para-cüdoçumuz Dürsədəf Kərimova Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
 
Senzor.az Milli Paralimpiya Komitəsinə istinadən bildirir ki, qadınlar arasında +70 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz finaldakı rəqibi Zarina Baibatinanı ipponla məğlub edib.
 
Bu gün, həmçinin Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Ölkəmizin aktivində hazırda 12 medal var. Onlardan 9-u qızıl, 3-ü isə bürüncdür. Buna baxmayaraq, Azərbaycan bir pillə geriləyərək yenidən 7-ci pillədə qərarlaşıb.
 
** 09:00

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb.
 
Senzor.az bildirir ki, o, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb.
 
Bu nəticə ilə Azərbaycan medal sıralamasında Avstraliyanı da keçərək altıncı sıraya yüksəlib
 
Xatırladaq ki, Azərbaycan komandası daha əvvəl 7 qızıl və 2 bürünc medal əldə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.