Fevralın 13-də Şəmkir rayonunun Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elməddin Həsənovun 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq öldürməsi barədə Şəmkir Rayon Prokurorluğuna məlumat daxil olub.Rayon prokuororluğundan senzor.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin gün təxminən saat 07 radələrində Elməddin Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin yataq otağında hamilə vəziyyətdə olan arvadına və köməksiz vəziyyətdə olan azyaşlı qızına mətbəx bıçağı ilə çoxsaylı zərbələr yetirərək qəsdən öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb.
Elməddin Həsənov tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
**10:57
Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib.
Senzor.az bildirir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elməddin Elimdar oğlu Həsənov 1995-ci il təvəllüdlü həyat yoldaşı Lalə Həsənovanı və 2014-cü il təvəllüdlü qızını bıçaqla qətlə yetirib.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
E.Həsənov saxlanılıb. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Hadisənin təfərrüatları araşdırılır