Bakıda polisləri bıçaqlayıb qaçan şəxs bu dəfə tapançaya əl atdı və... ZƏRƏRSİZLƏŞDİRİLDİ
YENİLƏNİB
Fevralın 12-də Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayının polis serjantları - 1990-cı il təvəllüdlü Eldəniz Məmmədov və 1992-ci il təvəllüdlü Coşqun Məmmədlinin xidməti vəzifələrini icra edərkən kəsilmiş-deşilmiş bədən xəsarətləri alması barədə daxil olmuş məlumat üzrə aparılmış ilkin araşdırma ilə müəyyən edilib ki, həmin gün saat 17 radələrində onlar, tanışını döydükdən sonra bıçaqla özünə xəsarət yetirib hadisə yerini tərk etmiş 1994-cü il təvəllüdlü Babayev Aydın Taleh oğlunun yaşadığı ünvana gedərək onu polis bölməsinə dəvət etmək istəyiblər. Amma o, polis əməkdaşlarına müqavimət ğöstərib və mətbəxdən götürdüyü bıçaqla hər iki polis əməkdaşına xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
 
Baş Prokurorluqdan senzor.az-a verilən məlumata görə, Aydın Babayevin tutulub istintaqa cəlb olunmasından ötrü fevralın 13-də saat 12 radələrində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aydın Babayevin yeri müəyyən olunub, sonuncu polis əməkdaşlarına özünü və polis əməkdaşlarını qanunsuz saxladığı əl qumbarası ilə partladacağını bildirməklə silahlı müqavimət göstərməyə cəhd edərkən zərərsizləşdirilərək məhv edilib. 
Hadisə yerinə prokurorluq əməkdaşları tərəfindən baxış keçirilərkən A.Babayevin meyitinin yanından sonuncuya məxsus “LLama cal 32” markalı tapança və “F-1” markalı fitili ilə birlikdə qumbara, əynində olmuş şortikin sağ yan cibindən narkotikə bənzər bir bükümdə maddə, evin içərisində 1 ədəd, evin həyətindən 3 ədəd giliz aşkar edilərək cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb.
 
Həmçinin, araşdırmalarla müəyyən edilib ki, Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə Aydın Babayevə ittiham elan edilməsi üçün barəsində axtarış elan olunub.
 
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
 
Hazırda istintaq tədbirləri davam etdirilir.
 
**13:55

Dünən Səbail rayonu ərazisində Çevik Polis Alayının iki əməkdaşına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçan şəxsin gizləndiyi yer müəyyən edilib.
 
Senzor.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyindən KİV-in sorğusuna cavab olaraq bildiriblər.
 
Dərhal əraziyə polis əməkdaşları cəlb edilib. Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərəsizləşdirilib.
 
Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.
 
Qeyd edək ki, Aydın Babayev Çevik Polis Alayının iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmışdı.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.