Hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində əməliyyat keçirdilər - YÜKSƏK VƏZİFƏ TUTAN 4 ZABİT HƏBS OLUNDU
YENİLƏNİB
 
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri - Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu barəsində istintaq orqanının təqdimatına baxılıb.
 
APA xəbər verir ki, təqdimat təmin edilib. Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, adıçəkilən şəxslər respublika hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
 
Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.
 
**14:28

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Müdafiə Nazirliyində əməliyyat keçirib. 
 
“Qafqazinfo”nun əldə etdiyi məlumata, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Rafael Hafiz oğlu Xəlilov saxlanılıb. 
 
Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 
 
Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir. 
 
O, 9 milyon 650 min manat vəsaiti mənimsəməkdə ittiham olunur.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.