Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 841 yeni yoluxma faktı qeydə alınıb, 6 772 nəfər müalicə olunaraq sağalıb.Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 745 169 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 686 088 nəfər müalicə olunaraq sağalıb, 9 050 nəfər vəfat edib, aktiv xəstə sayı 50 031 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 387, bu günə qədər isə ümumilikdə 6 390 225 test icra olunub.