Barəsində həbs qərarı çıxarılan Eldar Əmirov Ramiz Mehdiyevin qohumudur? - AMEA-dan DƏQİQLƏŞDİRMƏ
YENİLƏNİB
AMEA ötən gün “Bandotdel” tərəfindən saxlanılan və barəsində 30 sutka həbs qərarı verilən qurumun Rəyasət Heyəti Katibliyinin rəisi Eldar Əmirovun akademik Ramiz Mehdiyevin qohumu (baldızının oğlu) olmasına dair məlumatlara aydınlıq gətirib.
 
Senzor.az-ın məlumatına görə, qurumun Mətbuat xidmətindən jurnalistlərə bildirilib ki, Eldar Əmirovun AMEA prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı ilə hər hansı qohumluq əlaqəsi yoxdur.
 
Qeyd olunub ki, Eldar Əmirov əslən qarabağlıdır və Ağdam şəhərindəndir.
 
“Akademik Ramiz Mehdiyevin həyat yoldaşı isə Gürcüstanın Poti şəhərindəndir. Ziyalı ailədə doğulub. Anası gürcü, atası polyak əsillidir. Ailədə bir bacı, bir qardaşdırlar”, - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, E. Əmirov R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar da onun köməkçisi işləyib.
 
Bu arada o da məlum olub ki, Eldar Əmirov polisə müqavimətdə ittiham olunub.
 
APA-nın xəbərinə görə, E. Əmirov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddəsi ilə təqsirləndirilib.
 
Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E. Əmirov 30 sutka həbs edilib.
 
**14:54

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka müddətinə həbs edilib.
 
Senzor.az bildirir ki, bu barədə qərar  Nərimanov Rayon Məhkəməsi tərəfindən verilib.
 
Qeyd edək ki, E.Əmirovun barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Daha sonra o, şikayət əsasında saxlanılıb.
 
Araşdırmalar davam edir.
 
**12:41 

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (əhali arasında həm də "Bandotdel" adı ilə tanınır-red.) əməkdaşları tərəfindən saxlanılıb.
 
Senzor.az bildirir ki, DİN Mətbuat Xidmətinin rəisi polis polkvniki Ehsan Zahidov jurnalistlərə açıqlamasında məlumatı təsdiqləyib.
 
O bildirib ki, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb: “Hazırda araşdırmalar davam etdirilir”.
 
Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyev Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.
 
**00:32

AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov saxlanılıb.
 
Unikal.org xəbər verir ki, E. Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub.
 
Qeyd edək ki, E.Əmirov fevralın 14-də  AMEA prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin baldızı oğludur. 
 
O, R.Mehdiyev Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.