Xəbər verdiyimiz kimi, fevralın 14-ü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.Amma istefa verməsinə baxmayaraq, R.Mehdiyev bu gün AMEA-ya gəlib və iş yerində olub.
Baku TV-nin əməkdaşı əvvəlcə Ramiz Mehdiyevin səhhəti ilə maraqlanıb, sonra isə həqiqətən də istefa verib-vermədiyini elə onun özündən soruşub.
Akademik özünü yaxşı hiss etdiyini bildirib və istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini vurğulayıb: "Elan eləmişəm, cənab Prezidentə müraciət etməliyəm. Prezidentin sərəncamı olandan sonra bu işdən gedəcəyəm".
Cəmiyyətdə onun haqqında səslənən fikirlərə də münasibət bildirən R.Mehdiyev qeyd edib ki, o, belə şeylərə fikir vermir: "Bunların hamısı boş-boş söhbətlərdir...".