Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.APA-nın xəbərinə görə, “Hyundai” markalı avtomobilin sürücüsü, yolu piyadalar üçün müəyyən edilmiş hissədən keçən orta yaşlı qadını vurub. Qadın ağır xəsarət alıb.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Polisin sayta verdiyi məlumata görə, hadisəni törədən sürücü Rusiya səfirliyinin əməkdaşıdır. O, sükan arxasında sərxoş vəziyyətdə olub. Buna görə də sürücü sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb.
Araşdırma aparılır.


