“Rusiyanın hərəkətlərinə baxmayaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri eyni qalacaq”.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Prezident Volodimir Zelenski xalqa müraciətində deyib.
“Özlərinin müstəqilliyini elan edən “respublikalar”ın tanınması Rusiya Federasiyasının Minsk sazişindən çıxması deməkdir”, - Zelenski vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Ukrayna "Normand dördlüyü"nün Fövqəladə Zirvə Toplantısı təşəbbüsü ilə çıxış edib.
Rəsmi Kiyev ATƏT-in Xüsusi Monitorinq Missiyasının tam formatda fəaliyyətində təkid edir.
Onun sözlərinə görə, Kiyev siyasi-diplomatik nizamlanmaya sadiqdir və təxribatlara tabe olmayacaq.
“Ukrayna heç kimə heç nə verməyəcək”, - dövlət başçısı əlavə edib.
**01:24
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün xalqa müraciət edəcək.
Bu barədə “Seqodnya” nəşri məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti amerikalı həmkarı Cozef Baydenlə telefonla danışıb və son saatların hadisələrini müzakirə edib. Bundan sonra isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb.