Türkiyə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı atılan addımları tanımır – ƏRDOĞAN BUNU PUTİNƏ DƏ DEDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
 
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
 
Ərdoğan Putinlə regional məsələlərdə dialoqa hər zaman böyük əhəmiyyət verdiyini, bunun müsbət nəticələrini gördüklərini və anlaşmanı davam etdirmək əzmində olduğunu qeyd edib.
 
Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı atılan addımları tanımadıqlarını və bunun prinsipial bir mövqe olduğunu deyən Ərdoğan Minsk razılaşmaları əsasında nəticə əldə edilməsinin vacib olduğunu vurğulayıb.
 
Hərbi qarşıdurmanın heç kimə fayda verməyəcəyini söyləyən Ərdoğan ölkəsinin gərginliyin azaldılması və sülhün qorunması üçün üzərinə düşəni etməyə hazır olduğunu bildirib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.