Rusiya hərbçiləri Çernobıl AES-i ələ keçirdilər - HEYƏT GİROV SAXLANILIR
YENİLƏNİB

Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını (AES) ələ keçiriblər.
 
Senzor.az yerli KIV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova “Facebook” səhifəsində məlumat verib.
 
"Ruslar Çernobıl stansiyasını ələ keçiriblər. Stansiyanın əməkdaşları girov saxlanılır. Bu, təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyini təhdid edir", - Şevtsova bildirib.
 
Ukrayna Prezidenti ofisinin rəhbərinin müavini Mixail Podolyak məlumatı təsdiqləyib.
 
“Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının ərazisini nəzarətə götürüb”, - o deyib. M.Podolyakın sözlərinə görə, hazırda stansiya təhlükədədir, təxribat riski var.
 
"Ağır döyüşdən sonra Çernobıl sahəsinə nəzarətimiz itirildi. Keçmiş Çernobıl AES-in obyektlərinin vəziyyəti, saxlama və nüvə tullantılarının saxlanılması vəziyyəti məlum deyil. Rusların bu istiqamətdə tamamilə mənasız hücumundan sonra Çernobıl AES-in təhlükəsiz olduğunu demək mümkün deyil. Bu, Avropa üçün bu gün ən ciddi təhlükələrdən biridir. Rusların vərdişlərini bilərək deyirəm, onlar yəqin ki, Çernobıl AES-də artıq təxribat xarakterli şeylər hazırlayırlar, ya da ondan istifadə edəcəklər”, - o əlavə edib.
 
**19:38

"Rusiya hərbi qüvvələri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə çalışır".
 
Senzor.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Tvitter”də yazıb.
 
"Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün əlindən gələni edir. Bu, bütün Avropaya müharibə elanıdır", - Zelenski qeyd edib.

Russian occupation forces are trying to seize the 

#Chornobyl_NPP. Our defenders are giving their lives so that the tragedy of 1986 will not be repeated. Reported this to @SwedishPM. This is a declaration of war against the whole of Europe.— Володимир Зеленський (@ZelenskyyUa) February 24, 2022





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.