Polşada Ukraynaya dəstək məqsədilə nümayiş keçirilir.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkə sakinləri Varşavadakı Ukrayna və Rusiya səfirliklərinin önünə toplaşıblar.
Onlar müharibənin dərhal dayandırılmasını tələb edirlər.
Məlumata görə, Polşa sakinləri ilə yanaşı, ölkə hökuməti də Rusiya əleyhinə kəskin bəyanatlarla çıxış edib.
Həmçinin, ölkədə RT (Russia Today), “RT Documentary”, “RTR-Planeta”, “Soyuz TV”, “Russia 24” kimi telekanallların yayımı dayandırılıb.
Qeyd edək ki, Rusiya əhalisi də Ukraynaya qarşı hərbi əməliyyatlara etiraz edir.
Bu barədə “Caliber” müvafiq video yayıb.
Görüntülərin ölkənin ikinci ən böyük şəhəri Sankt-Peterburqda qeydə alındığı bildirilib.
Həmçinin, sosial şəbəkələrdə paytaxt Moksvada da analoji tədbirlərin keçirildiyi barədə videolar yayılıb. Daha sonra yayılan məlumatlarda bildirilib ki, Rusiyada Ukraynaya qarşı müharibəyə etiraz edən insanlar kütləvi şəkildə saxlanılır.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, artıq Moskvanın mərkəzindəki aksiyanın 600 iştirakçı saxlanılıb.
Onların razılaşdırılmamış kütləvi tədbir keçirdikləri və ictimai asayişi pozduqlarına görə saxlanıldıqları bildirilib.