Ukraynanın hakim partiyası Zelenskinin Putinlə danışıq təklifinə aydınlıq gətirdi
Ukraynanın hakim "Xalqın Xidmətçisi" Partiyası Prezident Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə danışıq təklifinə aydınlıq gətirib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məsələ ilə bağlı partiyanın sədri Yelena Şulyak açıqlama yayıb.
 
Onun sözlərinə görə, bu gün Qərbdən Rusiyanın dayanması üçün heç bir tədbir görülmür.
 
Yelena Şulyak deyib ki, Qərb Rusiyaya hava məkanını bağlaya, onu SWIFT-dən ayıra, Rusiya neftinə embarqo qoya, onun ixracatını dayandıra bilərdi: “Qərb bunu etmir. Bəli, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Ancaq bu, çox azdır. Biz öz dövlətimizin ərazi bütövlüyünü qoruyuruq. Rusiyanın planı təcavüzün birinci günü məğlubiyyətə uğradı. Ona görə də Rusiya mülki infrastruktura və dinc sakinlərə qarşı belə amansızlıq nümayiş etdirir. Biz bunu Rusiyaya bağışlamayacağıq. Ancaq müharibəni təcili qurtarmaq lazımdır. Ona görə də Prezident Zelenski başqa məsələlərlə yanaşı, danışıqlar da təklif edib”.
 
Qeyd edək ki, fevralın 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin danışıqlar masasına dəvət edib. Rusiya lideri də əvvəlcə ən yüksək səviyyədə danışığa hazır olduğunu bildirib. Lakin sonradan V.Putinin mətbuat katibi açıqlama verərək bəyan edib ki,  “Putin Ukrayna ilə danışıqlar üçün Minskə heyət göndərməyə hazırdır”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.